APA-nın Rusiya bürosu xəbər verir ki ki, hadisə paytaxt Moskvada baş verib.
Belə ki, "Poçta Rossiya" ilə göndərilən bağlama şöbədə boşaldılarkən içindən qumbara düşüb və partlayıb.
SHOT yazır ki, partlayış bu gün səhər tezdən Letçik Babuşkin 38 ünvanında avtomobili boşaldarkən baş verib. İşçilər möhkəm səsdən qorxublar. Bağlamadan tüstü çıxıb, bağlamanın içərisində yaşıl qumbara görünüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, qumbaranın pnevmatik olduğu və heç bir təhlükənin olmadığını müəyyən ediblər.
Hazırda partlayıcının olduğu bağlamanı göndərən və qəbul edən tərəfin kimliyi araşdırılır.