Sərnişin stüardessanın saçını yolub, döydü

12-03-2024, 07:24           
Sərnişin stüardessanın saçını yolub, döydü
Mərakeşdən İspaniyaya uçan təyyarədə sərnişin eniş zamanı tualetə getməsi qadağan olunduğu üçün stüardessaya yumruqla hücum edib və qızın saçından dartıb.
32gun.az xəbər verir ki, bu barədə Olive Press məlumat yayıb .

Hadisə Rabatdan Malaqaya uçan təyyarənin göyərtəsində baş verib.

Tyyarə eniş edərkən sərnişinlərdən biri ekipajın göstərişlərini pozaraq ayağa qalxıb və tualetə gedib .

Stüardessa qadına izah etməyə çalışıb ki, eniş zamanı sərnişinlər öz oturacaqlarında qalmalı və təhlükəsizlik kəməri taxmalıdırlar. Buna cavab olaraq qadın stüardessaya hücum edib, onun saçından yolaraq döyməyə başlayıb.

Təyyarə komandiri eniş prosedurunu dayandırıb və təyyarə ətrafa keçib. Eniş etdikdən sonra aqressiv qadın polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru