Onu çaya 2-3 ədəd əlavə etdikdə antibiotik kimi qana keçir

15-03-2024, 17:08           
Onu çaya 2-3 ədəd əlavə etdikdə antibiotik kimi qana keçir
Bir çox problemlərə yaxşı təsir edən mixək bədən müqavimətini artırır. Ancaq çaya əlavə olunduqda faydasını ikiqat artırır. Foodinfo.az çaya atılan mixəyin faydalarını təqdim edir:
- Antioksidan: Tərkibində yüksək miqdarda antioksidant olan mixək bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrələrin zədələnməsini azaldır və xərçəngə qarşı qoruyur.
- Ağrı kəsici: Çaya 2-3 ədəd əlavə etdikdə bədəndəki ağrıları aradan qaldırır. Xüsusilə diş ağrısı, baş ağrısı və əzələ ağrısı kimi şikayətlərə mixək yaxşı təsir edir.
- Ağız sağlamlığı: Tərkibindəki komponentlər sayəsində antibakterial xüsusiyyətlərə malik olan mixək başda ağız sağlamlığı olmaqla orqanizmi müxtəlif infeksiyalara qarşı qoruyur.
- Həzm problemləri: Çaya əlavə edilən mixək ürəkbulanma, həzmsizlik və qaz kimi bağırsaq və mədə şikayətlərinə də yaxşı təsir göstərir.
- Diş ağrısı: Mixək ağızdakı yaraları sağaldır və diş əti xəstəliklərindən qoruyur. Ağrı kəsici xüsusiyyəti sayəsində diş ağrısını aradan qaldırır.
- Arıqlamağa kömək edir: Maddələr mübadiləsini sürətləndirən xüsusiyyəti sayəsində yağların yandırılmasını asanlaşdırır və arıqlamağa kömək edir.- Stress: Aromaterapiya tətbiqlərində tez-tez seçilən mixək stressi azaltmağa kömək edir.
- Yaxşı yuxu: Sakitləşdirici xüsusiyyətləri sayəsində mixəkli çay yaxşı yuxuya getməyinizə kömək edir və eyni zamanda bədən müqavimətini artırır.
- Xroniki xəstəliklər: Bədəndən toksinlərin atılmasını asanlaşdıran mixək eyni zamanda orqanizmi xroniki xəstəliklərdən də qoruyur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.