Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər TV xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Yaxınları bildiriblər ki, hadisədən əvvəl Mais Cəfərovun maşınında nasazlıq yaranıb. Hadisə o, maşını saxlayıb düşən zaman baş verib. Avtomobil isə dərəyə aşıb.
Dünyasını dəyişən 45 yaşlı musiqiçi Mais Cəfərov Ağcabədidə torpağa tapşırılıb.