BAŞ PROKURORDAN MOSKVAYA XƏBƏRDARLIQ - "Əgər Rusiya bunu təqdim etməzsə..."

Bu gün, 08:28           
BAŞ PROKURORDAN MOSKVAYA XƏBƏRDARLIQ -
Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZAL-a məxsus Embraer 190 təyyarəsinin Aktau üzərində vurulması ilə bağlı Rusiya tərəfindən hələ də konkret informasiya təqdim olunmadığını açıqlayıb.

O, bu barədə Ankarada keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kamran Əliyevin sözlərinə görə, Bakı Rusiya Federasiyasının İstintaq Komitəsinə mütəmadi olaraq sorğular göndərir, lakin cavablar yalnız “ekspertizanın davam etdiyi və istintaqın hələ başa çatmadığı” formasında verilir: “Bizə hələ də hadisənin nəticələri ilə bağlı konkret nəticələr açıqlanmır. Onlar ekspertiza aparıldığını, istintaq hərəkətlərinin davam etdiyini bildirirlər. Amma biz özümüz ilkin mərhələdə yetərincə sübutlar toplamışıq”.

"Həm Azərbaycan, həm də Qazaxıstan tərəfi hadisənin detallarından tam agahdır və ilkin mərhələdə bütün əsas sübutlar toplanıb. Hazırda Bakı bu məsələdə Qazaxıstanla koordinasiyalı fəaliyyət göstərir. Biz həm hadisənin şəraiti, həm də texniki və hüquqi aspektləri barədə kifayət qədər məlumatlıyıq. Qazaxıstan tərəfi ilə hərəkətlərimizi uzlaşdırırıq”, – deyə Baş prokuror əlavə edib.

Baş prokuror bildirib ki, əgər Rusiya yaxın vaxtlarda hadisənin istintaqı üzrə konkret nəticələri və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını açıqlamazsa, Azərbaycan tərəfi beynəlxalq hüquq müstəvisində addımlar atmağa hazırdır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Rusiya bu məsələdə konkret nəticələr təqdim etməzsə, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək hüququ var”.

Xatırladaq ki, bu ilin əvvəlində Aktau üzərində AZAL-ın sərnişin təyyarəsi vurulmuşdu. Hadisə ilə bağlı hələ də rəsmi şəkildə məsuliyyət daşıyan tərəf açıqlanmayıb. \\AzPolitika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru