3.5 milyon dollarlıq avtomobil: Dünyada cəmi 4 ədəddir
Dünən, 17:54
Avqustun ortalarında "Broad Arrows" hərracında "RUF CTR 2 Sport" superkarı, yəni tunerlər tərəfindən ciddi şəkildə dəyişdirilmiş "Porsche 911" modeli alıcılara təqdim olunacaq.
Auto.ru xəbər verir ki, bu nümunə 1990-cı illərin ikinci yarısının ən sürətli avtomobili hesab olunur. Onun 3.5 milyon dollara satılacağı gözlənilir, çünki dünyada belə kupelərin sayı dörddən çox deyil.
1995-ci ildə təqdim edilən CTR 2 520 at gücünə malik 3,6 litrlik mühərrik və altı pilləli mexaniki transmissiya ilə təchiz edilib. Güclü mühərrik superkarı 100 km/saata 3.6 saniyəyə çatdırır. Avtomobilin maksimum sürəti isə 350 km/saatdır.