Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA

Bu gün, 00:05           
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.

Bildirilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.

Bakıda hərbçilərin yürüşü - FOTOLENT
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru