Türkiyənin ilk hipersəsli ballistik raketi təqdim edildi Bu gün, 08:33 Türkiyənin ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edilib.Bu barədə "Türkiye" qəzeti xəbər verir.Sözügedən raket İstanbulda keçirilən ""IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.Bildirilir ki, TAYFUN BLOK-4 ROKETSAN şirkəti tərəfindən istehsal edilib.Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir.Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Facebook-da paylaş