Rəşad Sadıqovdan maraqlı paylaşım – “Uğurlar, mənim balam”

Bu gün, 07:54           
Rəşad Sadıqovdan maraqlı paylaşım – “Uğurlar, mənim balam”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandadan ayrılan Salifu Suma ilə bağlı maraqlı paylaşım edib.

O, futbolçusu ilə instaqramda fotosunu paylaşaraq “All the best, my child” (uğurlar, mənim balam) sözlərini yazıb.

Son məlumata görə, “Zirə” Salifu Sumanı İsveçin “Malmö” klubuna satıb. Bunun üçün zirəlilər 1,3 milyon avro qazanıb.

Qeyd edək ki, Salifu Suma demək olar ki, peşəkar karyerasına “Zirə”də başlayıb. Futbolçu Azərbaycan təmsilçisinə keçənə qədər peşəkar futbolçu kimi cəmi 12 dəqiqə meydanda olub. Onu Rəşad Sadıqovun tapıntısı adlandırırdılar. S.Sumanın 21 yaşı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru