Ümrə ziyarətindən qayıdan şəxs SAXLANILDI – Qəribə səbəb

18-03-2024, 18:08           
Ümrə ziyarətindən qayıdan şəxs SAXLANILDI – Qəribə səbəb
Tacikistanda Ümrə ziyarətindən gələn şəxs saxlanılıb. Buna səbəb X.Murodillozoda adlı şəxsin ziyarətdən qayıtdıqdan sonra 100 nəfərlik şənlik təşkil etməsi olub.

Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

“Murodillozoda ölkənin adət-ənənələrini, bayram və mərasimlərin tənzimlənməsi haqqında qanununu pozub. Bu tədbir zamanı o, müxtəlif yeməklər hazırlamaqla israfçılığa yol verib”, – deyə məlumatda bildirilir.

Murodillozoda barəsində 481-ci maddəsinin 1-ci hissəsi ilə iş başlanıb. İş baxılması üçün Pencikent Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, martın 9-da Tacikistan Prezidenti müqəddəs Ramazan ayı ərəfəsində ictimaiyyət nümayəndələri, elm və din xadimləri ilə görüşərək vətəndaşları Həcc ziyarətindən qayıtdıqdan sonra təşkil edilən bayram şənliyində israfçılığa yol verməməyə çağırıb: “Yaxşı olardı ki, xeyriyyə işləri görün, imkansızlara, kimsəsizlərə yardım göstərin, onların qayğısına qalın”.//KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru