Cənubi Koreyada sərxoş ABŞ-li əsgər maşın oğurlayaraq qəza törədib

2-04-2024, 16:14           
Cənubi Koreyada sərxoş ABŞ-li əsgər maşın oğurlayaraq qəza törədib
Cənubi Koreya polisi ABŞ-li əsgəri sərxoş halda avtomobil oğurlamaqda və yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edərək saxlayıb.

Yaşı 20-30 arasında olan hərbçi Koreya Respublikasındakı ABŞ hərbi kontingentinə aiddir və Pxentek şəhərindəki bazada xidmət edir.

İlkin məlumata görə, o, paytaxtın Honde rayonunda kafedə spirtli içki qəbul edib. Sonra isə içərisində açarları qalan kompakt avtomobili oğurlayıb. Koyan şəhərində iki avtomobilə çırpılıb və nəticədə iki nəfər xəsarət alıb.

Həbs zamanı polis sərxoşluq əlamətləri aşkar edib. Hüquq-mühafizə orqanları əsgəri ABŞ hərbi polisinə təhvil veriblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru