Havada dava: Türkiyəyə gedən təyyarə Belqrada düşdü

12-04-2024, 16:26           
Havada dava: Türkiyəyə gedən təyyarə Belqrada düşdü
Mançesterdən Türkiyəyə gedən təyyarədə sərnişin davası səbəbindən təyyarə Serbiyada eniş etməli olub.

Aprelin 9-da Mançester Hava Limanından qalxan "SunExpress" təyyarəsi Türkiyənin Dalaman şəhərinə enməli olduğu halda Serbiyanın paytaxtı Belqradda eniş edib.

Polis eniş yerində əməliyyat keçirib və dava edən sərnişinlər həbs edilib.

Sosial şəbəkələrdə paylaşılan və uçuş zamanı çəkildiyi iddia edilən görüntülərdə bir nəfərin başqa bir sərnişini işarə edərək söyüş söydüyü müşahidə olunur. Müzakirənin qızışdığı və bir qadının da mübahisəyə daxil olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru