Lənkəranskinin qətli ilə bağlı yeni təfərrüatlar: 2 killer həbs edilib, maşında olan 1 nəfər qaçıb

19-08-2016, 10:31           
Lənkəranskinin qətli ilə bağlı yeni təfərrüatlar: 2 killer həbs edilib, maşında olan 1 nəfər qaçıb
Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin öldürülmə şəraiti ilə bağlı yeni detallar məlum olub. Bu haqda məlumat verən haqqın.az saytı İstanbuldakı mənbələrə istinadən bildirir ki, R.Lənkəranskinin ölümündən əvvəl keçirdiyi görüşdə onun dəstəsininin iki məşhur üzvü – Zaur Sumqayıtski və Vahid Bakinski də iştirak edib: “Məşhur killəerlər olan bu iki şəxs Azərbaycanda və Türkiyədə axtarışda olublar. Hər iki killer Lənkəranskinin qətlə yetirilməsindən dərhal sonra həbs edilib”.
Haqqın.az-ın məlumatına görə gülləbaran edilən avtomobildə Lənkəranskidən və sürücüdən başqa daha iki şəxs olub. Onlardan biri Rövşən Lənkəranskinin sinif yoldaşı, digəri isə Türkiyə vətəndaşı olub. Türkiyə vətəndaşı hadisə yerindən qaça bilsə də digər həmyerlimiz ağır yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru