Rusiyanın üç yaşayış məntəqəsində təcili təxliyə ELAN EDİLDİ

22-04-2024, 10:34           
Rusiyanın üç yaşayış məntəqəsində təcili təxliyə ELAN EDİLDİ
Rusiyanın Kurqan vilayətinin Belozerski rayonunun üç kəndində Tobol çayında suyun artması ilə əlaqədar təcili təxliyə elan edilib.

TEREF publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Kurqan Region Official" Telegram kanalı Belozerskoye kəndi ərazisində suyun səviyyəsinin 5,8 metri keçdiyini, Pamyatnoye kəndi yaxınlığında isə 4 metrə yaxınlaşdığını bildirib.

"Belozerski rayonunda su basmış zonanın - Belozerskoye, İkovskoye, Lixaçi, Buzan, Nijnetobolnoye, Reçkino, Ekimovo, Pamyatnoye, Volosnikova, Redkino, Rusakovo, Rıçkovo, Koşkino, Qaqarye, Oxotino, Malı Zapoloy, Koryukino, Maslyanaya qəsəbəsinin sakinlərini qabaqlayıcı şəkildə təxliyə etmək lazımdır", - məlumatda deyilir.

Daha əvvəl Tümen vilayətinin qubernatoru Aleksandr Mur Tümendə İşim çayında suyun səviyyəsinin tarixi maksimuma çatdığını bildirib. Hazırda şəhərdə suyun səviyyəsi artıq 10,6 metrə çatıb.

Mur özünün "Teleqram" kanalında da yazıb ki, bənd Tümen vilayətinin İşim rayonunun Bolşoy Ostrov kəndi yaxınlığında suyun təzyiqinə tab gətirə bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.