Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR – FOTO

5-05-2024, 16:44           
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR – FOTO
Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci vitse-prezidenti təyin edilib.

Bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.

Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd olunub ki, ənənəvi karate üslubu Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru