15 yaşlı məktəbli avtoşluq etdi - Atası saxlanıldı

22-05-2024, 11:04           
15 yaşlı məktəbli avtoşluq etdi -
Bakıda məktəblinin idarə etdiyi avtomobil yol polisi tərəfindən cərimə meydançasına aparılıb.
TEREF “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi yaxınlığında baş verib.
Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları ön tərəfdə 3, arxa tərəfdə 4 azyaşlının əyləşdiyi avtomobili saxlayıblar. Məlum olub ki, maşını idarə edən şəxs sürücülük hüququ olmayan 15 yaşlı yeniyetmədir. Sərnişinlərin isə onun məktəb yoldaşları olduğu üzə çıxıb.
Yol polisləri nəqliyyat vasitəsini müvəqqəti duracağa yerləşdiriblər.
İnzibati xəta haqqında protokola əsasən, bundan sonra yeniyetmənin atası 1985-ci il təvəllüdlü S.Sultanov (şərti) əraziyə gələrək dava-dalaş salıb. O özünü mötəbər şəxs kimi təqdim edərək DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Əraziyə dəvət edilmiş digər polis əməkdaşlarının köməyi ilə o saxlanılıb.
Həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs Nizami Rayon Məhkəməsinə gətirilib və məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.