Qəzzada ölənlərin sayı 35 800 nəfəri keçib

25-05-2024, 11:08           
Qəzzada ölənlərin sayı 35 800 nəfəri keçib
Ötən ilin oktyabrında İsrailin anklavda hərbi əməliyyatlara başlamasından bəri Qəzza zolağında 35,8 mindən çox insan həlak olub.

Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.

Departamentin bəyanatında deyilir: "Ötən ilin oktyabrından indiyədək İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 35 857 nəfərə çatıb. Eyni müddət ərzində 80 293 fələstinli yaralanıb".

Təkcə son 24 saat ərzində İsrailin hava hücumları və sektorun müxtəlif ərazilərində ərəb məhəllələrini atəşə tutması nəticəsində 57 nəfər həlak olub, 93 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.