Oğrular vətəndaşa saf olduğuna görə təşəkkür etdi...

25-05-2024, 13:11           
Oğrular vətəndaşa saf olduğuna görə təşəkkür etdi...
Daha bir kiberoğurluq halı baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Bir fakt üzrə zərər 21 000 mant təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün ərzində onunla danışıqlar, müzakirələr aparırlar.

Nəhayət razılaşır və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar.

Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar”, - DİN rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru