Qarabağda Ermənistana məxsus HHM sistemi aşkarlanıb - VİDEO + FOTO

26-05-2024, 10:54           
Qarabağda Ermənistana məxsus HHM sistemi aşkarlanıb - VİDEO + FOTO
Qarabağda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru