Yevlaxda dəhşətli qəza - Ölən və xəsarət alanlar var

26-05-2024, 12:48           
Yevlaxda dəhşətli qəza -
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TEREF xəbər verir ki, "VAZ-21011" markalı avtomobil yol kənarında dayanan kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ" markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Sanayidova Bahar Məzahir qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların içərisində 5, 6 və 7 yaşlarında uşaqlar da var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mənbə/Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru