Xəzəryanı rayonları iki gündür ki, toz bürüyüb - Səbəb nədir? (VİDEO)

28-05-2024, 12:24           
Xəzəryanı rayonları iki gündür ki, toz bürüyüb - Səbəb nədir? (VİDEO)
Ötən gündən başlayan tozlu hava şəraiti bu gün də davam edir.

Tozlu hava paytaxtla yanaşı, Sumqayıt şəhərində də müşahidə olunur.

Yağış və küləklə əlaqədar havada tozun miqdarının azalacağı gözlənilsə də, ciddi dəyişiklik olmayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Xəzər Xəbər"ə bildirib ki, küləyin Türkmənistan ərazisindən ölkəmizə gətirdiyi toz kütlələri əsasən Xəzəryanı rayonlarda daha çox hiss olunur.

Gülnarə Abbasova qeyd edib ki, şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru