Bakıda binanın liftləri "həbs edildi" - Məhkəmə qərarı

29-05-2024, 13:18           
Bakıda binanın liftləri "həbs edildi" - Məhkəmə qərarı
Bakıda “200 Saylı” Mənzil Tikinti Kooperativinə (MTK) məxsus hündürmərtəbəli binanın liftlərinə həbs qoyulub.

KONKRET.az-ın məlumatına görə, buna səbəb MTK-nın 40 min dollar və 8343 manat məbləğində borcunun olmasıdır.

İddiaçı borcunu qaytarmayan MTK-ya məxsus və hazırda istismarda olan iki liftinin (yük/1 400 kq və yük/q 630 kq) üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət edib.

Məhkəmədə iddiaçının MTK-nın əmlakı üzərinə həbs qoyulması barədə iddiasını təmin edilib və iki liftin üzərinə həbs qoyulub.

Qeyd edək ki, qanuni təmsilçisi Fərziyev Etibar Söhbət oğlu olan “200 Saylı” Mənzil Tikinti Kooperativdən mənzil alan onlarla insan dələduzluğun qurbanı olub. 2014-cü ildə MTK-nın sədrinə cinayət işi açılıb. Bundan sonra MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarov həbs ediliblər. (Qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru