Rusiyaya kütləvi hücum: aeroportlar bağlandı – Video

31-05-2024, 10:36           
Rusiyaya kütləvi hücum: aeroportlar bağlandı – Video
Rusiyanın Krasnodar diyarı, Belqorod, Voronej və Tambov vilayətləri, Tatarıstan Respublikasının Nijnekamsk və Kazan şəhərlərinə raket və PUA hücumları olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Krasnodar diyarı ərazisində hava hücumundan müdafiə sistemləri 5 gəmi əleyhinə raketi və 29 PUA-nı məhv edib və ələ keçirib. Voronej, Belqorod və Tambov vilayətlərinin ərazilərində də təyyarə tipli PUA-lar məhv edilib”, – məlumatda qeyd olunub.

Krasnodar diyarının qubernatoru Venyamin Kondratevin sözlərinə görə, Ukrayna PUA-larının Temryuk neft anbarına hücumu nəticəsində üç çən yanıb. Qubernator xəsarət alanların olduğunu da bildirib.

Tatarıstan rəhbərinin mətbuat xidmətindən bildirilib ki, Kazan şəhərinin əksər rayonlarındakı müəssisələrdə təcili təxliyə elan olunub.

“Rosaviasiya”dan verilən məlumata görə, Kazan və Nijnekamsk aeroportları təyyarələrin qəbulunu dayandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.