Rusiya Dövlət Dumasının deputatı vəfat etdi

2-06-2024, 08:08           
Rusiya Dövlət Dumasının deputatı vəfat etdi
Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qanunverici orqanın saytında dərc olunmuş nekroloqunda qeyd olunub.

“Gözəl insan, həmkarımız Artur Nikolayeviç Çilinqarov dünyasını dəyişdi”, – nekroloqda nəql edilib.

Volodin mərhumun Sovet İttifaqı Qəhrəmanı və Rusiya Qəhrəmanı olduğunu vurğulayaraq onun “hamı üçün örnək olduğunu” bildirib.

Qeyd edək ki, Artur Çilinqarov VII və VIII çağırışlarda (2016-2024) Dövlət Dumasının deputatı olub. O, Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Dövlət Qütb Akademiyasının prezidenti olub. (report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.