Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub 3-06-2024, 09:54 Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.Bu barədə TASS məlumat yayıb.Bildirilib ki, polis üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb.Onların bolqar, ukraynalı və almanəsilli şəxslər olduğu qeyd olunub.Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyi barədə açıqlama verib./“Qafqazinfo” Facebook-da paylaş