Milyarder 93 yaşında beşinci dəfə evləndi

3-06-2024, 07:24           
Milyarder 93 yaşında beşinci dəfə evləndi
Media maqnatı, milyarder Rupert Merdok 93 yaşında beşinci dəfə ailə həyatı qurub.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

O, 67 yaşlı bioloq, Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənib.

Onlar Merdokun Kaliforniyadakı üzüm bağında toy ediblər.

Merdok əvvəllər dörd dəfə ailə həyatı qurub.

"Forbes"in məlumatına görə, media imperiyasına "The Wall Street Journal", "Fox News" və digər nüfuzlu nəşrlər daxil olan Merdokun və ailəsinin təxminən 20 milyard dollar dəyərində şəbəkəsi var.

Merdok qlobal media imperiyasına nəzarəti keçən ilin noyabrında oğluna təhvil verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru