Qəzaya görə tanınmış alimə 6 ilədək həbs verilə bilər

5-06-2024, 09:08           
Qəzaya görə tanınmış alimə 6 ilədək həbs verilə bilər
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Azər Maqsudovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Azər Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məhkəmə işdə yüngülləşdirici hallar müəyyən edərsə, Maqsudov təqsirli bilindiyi halda cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkə bilər.

İşi hakim Anar Rzayev araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Qəza o, evə gedərkən Sabunçu rayonu ərazisində qeydə alınıb. A.Maqsudov haqda istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Fotoda: Arif Acaloğlu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru