Nigeriyada mədən çöküb, yaralılar və dağıntılar altında qalanlar var

5-06-2024, 12:54           
Nigeriyada mədən çöküb, yaralılar və dağıntılar altında qalanlar var
Nigeriyanın mərkəzində qızıl mədəninin çökməsi nəticəsində azı 30 şaxtaçı təhlükəli vəziyyətdə qalıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niger ştatının Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib.

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Hüseyni bildirib ki, altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilər dağıntılar altında qalıb, ekskavatorların köməyi ilə xilasetmə işləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru