Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döydü - VİDEO

6-06-2024, 09:34           
Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döydü - VİDEO
Rusiyada Xantı-Mansi Muxtar Dairəsində Faiq Quliyev adlı iş adamının oğlu Meqion şəhəri bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki məhkəmə binasında döyüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Ura.ru portalı məlumat və görüntülər yayıb.

Məlumata görə, hadisə 2023-cü ilin fevralında Semyon Qoliklə Faiq Quliyevin övladları arasında baş verən dava ilə bağlı məhkəmədən sonra baş verib. Belə ki, məhkəmə zalını tərk etdikdən sonra tərəflər söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb. Nəticədə Quliyevin kiçik oğlu sonuncu arqumentdən - gücdən istifadə etmək qərarına gəlib və Qolikə zərbə endirib.

Məlumatı Semyon Qolik özü də təsdiqləyib və hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Ailədən dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iş cinayət işinə çevrilib.

Yerli KİV Faiq Quliyevin azərbaycanlı olduğunu yazır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.