Moskvada DƏHŞƏT: Şirkət rəhbərinin oğlu GÜLLƏLƏNDİ

6-06-2024, 19:40           
Moskvada DƏHŞƏT: Şirkət rəhbərinin oğlu GÜLLƏLƏNDİ
Moskvada naməlum şəxs küçədə atəş açıb. Musavat.com xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Məlumata görə, nəticədə bir nəfər həlak olub. Qeyd edilib ki, güllələnərək öldürülən şəxs 34 yaşlı Konstantin Balışanskidir. O, “Mediasystem Group” şirkətinin rəhbəri Andrey Balışanskinin oğludur. Şirkət rabitə avadanlıqlarının, eləcə də texniki saxlama vasitələrinin topdan satışı ilə məşğuldur.

Polisin yaydığı məlumata görə, silahlı şəxs məhv edilib. “Bir neçə dəqiqə davam edən atışmadan sonra hələlik şəxsiyyəti məlum olmayan silahlı zərərsizləşdirilib” , – deyə polisdən verilən açıqlamada bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru