4 yaşlı zəvvar həcc ziyarəti zamanı istidən öldü

12-06-2024, 17:49           
4 yaşlı zəvvar həcc ziyarəti zamanı istidən öldü
Məkkəyə ailəsi ilə birlikdə həcc ziyarətinə gedən Yəhya Məhəmməd Ramazan adlı 4 yaşlı misirli uşaq dünyasını dəyişib.

TEREF-in məlumatına görə, uşaq kəskin istilər səbəbindən ölüb.

Məscidül-Həramda vəfat edən Yəhya Məhəmməd Kəbədə həyatını itirən ən gənc ziyarətçi olub.

Uşaq son bir neçə gün ərzində ən gənc misirli qonaq kimi Kəbənin yanında xüsusi libasda çəkilmiş fotoları ilə gündəm olmuşdu. Lakin bir müddət sonra ölüm xəbəri yayılıb. (Oxu.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru