Azərbaycanda tanınmış biznesmen qətlə yetirildi

26-05-2015, 11:10           
Azərbaycanda tanınmış biznesmen qətlə yetirildi
Kürdəmir rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, mayın 25-də gecə saatlarında rayonun Heydər Əliyev prospektindəki evin həyətində iş adamı, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı 1990-cı il təvəllüdlü Nüsrətilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Ş.Nüsrətilov saxlanılıb. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Qeyd edək ki, qətlə yetirilən S.Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, eləcə də xeyli digər obyektləri olub. - See more at: http://axar.az/news/53333#sthash.rBDM9TNM.dpuf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.