Azərbaycan vətəndaşı təyyarədə damarını doğradı - "Daha belə yaşamaq istəmirəm"
26-05-2015, 13:05
Moskvadan Sankt-Peterburqa uçan sərnişin təyyarəsində intihara cəhd baş verib.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, mayın 25-də, yerli vaxtla axşam saat 23 radələrində (Bakı vaxtı ilə mayın 26-ı, gecə) təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına enərkən sərnişinlərdən biri tualetə girib və qapını bağlayaraq venasını kəsib.
“Mən daha belə yaşamaq istəmirəm”- deyə sərnişin bildirib.
Sankt-Peterburqun nəqliyyat polisinin mətbuat xidmətinin bildirdiyinə görə, intihara cəhd edən 62 yaşlı azərbaycanlıdır. O, tualetə girərək qapını arxadan bağlayıb və venasını kəsib, ancaq stüardessa bunu görüb və fövqəladə xidmətlərin əməkdaşlarını çağırıb.
Sərnişin xilas olunub və təcili yardım briqadasına təhvil verilib.