"A.M.A.Y" Açıq Səhmdar Cəmiyyətinin (ASC) qanuni təmsilçisi Kamran Budaqov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətini və Milli Gərlirlər Baş İdarəsinin məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Kamran Budaqov eyni zamanda "A.M.A.Y" ASC barəsində də iddia qaldırıb.
Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Mehriban Əfəndizadə iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrlə bağlıdır.
Dövlət Vergi Xidmətinin reyster məlumatlarında Kamran Budaqovun adı hələ də ASC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Şirkətin sahibi isə məşhur iş adamı Abdulla Abdullayevdir. O, "AMAY Abdulla" kimi tanınır.
Abdulla Abdullayevlə Kamran Budaqov arasında nə baş verdiyi məlum deyil. Lakin görünən odur ki, Kamran Budaqovun problemi yalnız vergi sistemi ilə bağlı deyil. Əks halda o, qanuni təmsilçisi olduğu şirkəti də məhkəməyə verməzdi.