İsrail ordusu Xan Yunisi vurub, ölənlər var
3-07-2024, 16:34
İsrail qüvvələri çərşənbə axşamı Qəzza zolağının cənubuna hücum edib. Fələstin səhiyyə rəsmiləri ən azı səkkiz nəfərin öldüyünü bildirib. Hücumlar İsrailin fələstinli mülki şəxslərin son təxliyəsi əmrindən bir gün sonra Xan Yunisin bombardmanlarını əhatə edib.
İsrail ordusu çərşənbə axşamı militantların İsrail yaşayış məntəqələrinə 20 raket atdığı Xan Yunus bölgəsinə gecə ərzində hava zərbələri endirib.
Hərbçilər bildirib ki, İsrailin daha çox hava hücumu ölkənin cənubundakı Rəfah şəhərini hədəf alıb, İsrail quru qoşunları isə Qəzzanın mərkəzində HƏMAS-a qarşı əməliyyatlar keçirib.
BMT Baş Katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik bazar ertəsi jurnalistlərə deyib ki, İsrailin Xan Yunisi evakuasiya əmri “Qəzzada heç bir yerin təhlükəsiz olmadığını, mülki insanları qorumaq üçün daha çox səy tələb etdiyini” göstərir.
İsrail dəfələrlə fələstinlilərə İsrailin hücumlarından əvvəl Qəzzanın müəyyən hissələrini tərk etmələrini və bunun İsrailin mülki insanları müharibədən qorumaq məqsədi daşıdığını bildirib.
Təxliyələr döyüşlərlə yanaşı, insanların təhlükəsizlik axtarışında dəfələrlə qaçmaq məcburiyyətində qalması deməkdir.
İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsi oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi silahlıların İsrailin cənubuna basqın eetməsi ilə başlayıb.
İsrailin məlumatlarına görə, təxminən 1200 nəfəri öldürülüb və əksəriyyəti mülki şəxslər olan 250-dən çox insan girov götürülüb.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu indiyədək təxminən 38 000 adamı öldürüb və sahil anklavı xarabalığa çevirib.