İş adamı qohumu tərəfindən silahlı hücuma məruz qaldı

4-07-2024, 12:38           
İş adamı qohumu tərəfindən silahlı hücuma məruz qaldı
Ankaranın Çankaya səmtində gecə saatlarında silahlı insident baş verib.

"DogruXeber.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, evinə gedən iş adamı Nihat Karaarslan naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Bədəninə 3 güllə dəyən Karaarslan ağır yaralanıb. O, qısa zamanda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi də bəlli olub.

Məlum olub ki, hadisəni törədən şəxs Karaaslanın qohumu C.A-dır. İnsident zamanı C.A da yaralanıb. O, iş adamının mühafizəçiləri tərəfindən saxlanılaraq, polisə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru