Almaniyanın səmasında qara üzük görünür - FOTO

5-07-2024, 10:08           
Almaniyanın səmasında qara üzük görünür - FOTO
Almaniya sakinləri iyulun 3-ü axşam saatlarında səmada qara halqalar görüblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild in Russian” "Telegram" kanalı məlumat yayıb.

Üç qara halqa "Vilhelmsruh" və "Rosenthal" rayonlarının sakinləri tərəfindən müşahidə edilə bilib. Yerli sakinlərin sözlərinə görə, bunlar istehsal zamanı və ya pirotexniki vasitələrdən istifadə nəticəsində əmələ gələn his halqaları ola bilər. Belə ki, başqa bir yerli sakinin sözlərinə görə, konsertlərində külli miqdarda pirotexniki vasitələrdən istifadə edən alman “Rammstein” qrupu bu ərazidə məşq edib.

Səmada qeyri-adi halqalar əvvəllər də müşahidə olunub. Belə ki, 2022-ci ildə onları Vyetnam və Sinqapur sakinləri görüblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru