Bulvar ərazisində kişi və qadın arasında mübahisə görüntüləri araşdırılıb - DİN-dən açıqlama - VİDEO

7-07-2024, 11:58           
Bulvar ərazisində kişi və qadın arasında mübahisə görüntüləri araşdırılıb - DİN-dən açıqlama - VİDEO
Sosial şəbəkələrdə Bulvar ərazisində kişinin qadına şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bildirilib ki, hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.

Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.

C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru