ABŞ-də evdə qətliam: Ölənlər və yaralananlar var

7-07-2024, 15:04           
ABŞ-də evdə qətliam: Ölənlər və yaralananlar var
ABŞ-nin Kentukki ştatının şimalındakı Florensiyada yaşayış evində baş verən atışma nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.

Polisin məlumatına görə, hücum edən şəxs yeddi nəfəri güllələyib. Onlardan dördü yerindəcə ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Cinayətkar qaçmağa çalışsa da, təqib nəticəsində avtomobili yoldan çıxaraq çuxura düşüb. O özünə xəsarət yetirib və xəstəxanaya göndərilib, daha sonra isə orada ölüb.

Digər təfərrüat açıqlanmayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru