Bu sıyığı hər gün yeyə bilərsiniz

14-08-2024, 16:58           
Bu sıyığı hər gün yeyə bilərsiniz
Bəzi qidalar var ki, onları hər gün də yesəniz, sizə zərər verməz.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq danışıb.
Onun sözlərinə görə, qarabaşaq sıyığı həmin qidalardan biridir.
Həkim daha gec həzm olunduğu üçün qabıqsız, bütöv və emal olunmuş qarabaşaq seçməyi məsləhət görüb.
Belə halda qanda şəkər səviyyəsi artmayacaq və uzunmüddətli toxluq hissi yaranacaq.
Diyetoloq qarabaşaq sıyığına şəkər əlavə etməməyi, yalnız süd ilə bişirməyi məsləhət görür.
Əgər qarabaşağı garnirlə əsas yemək kimi hazırlamağı düşünürsünüzsə, onu balıq, tərəvəz və ya yağsız ətlə yemək daha faydalıdır.
Bu zaman siz həm zülal, həm lif, həm də qidalandırıcı maddələr qəbul etmiş olacaqsınız.
Lakin yalnız qarabaşaqla qidalanmaq bezdirici olacaq.
Onu digər dənli bitkilərlə əvəz edə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru