Azərbaycanlılara görə polis işdən çıxarılıb - HƏBS OLUNACAQ...
30-08-2024, 12:26
Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə müstəntiqləri səhlənkarlıqda və saxta sənəddən istifadə etməkdə təqsirləndirilən polisə qarşı cinayət işinin istintaqını başa çatdırıblar.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər iki Azərbaycan vətəndaşının saxta qeydiyyatı faktlarını müəyyən etmək üçün onların miqrasiya qeydiyyatı ünvanlarının yoxlanılmasını təşkil etməyiblər. Nəticədə həmin vətəndaşlara əsassız olaraq hüquq sənədləri verilib.
Qeyd edək ki, 2023-cü ilin mart ayında azərbaycanlılar yerli sakini döyərək öldürüblər. Təqsirləndirilən polis qanun pozuntularını ört-basdır etmək üçün öz işçisinə bu vətəndaşlardan birinin yaşayış yerini yoxlamaq üçün saxta sənəd hazırlamağı tapşırıb.
Bu, daxili təhlükəsizlik xidmətinə məlum olub. Cinayət işi məhkəməyə göndərilib.
Polisin təqsiri sübuta yetirilərsə, o, daxili işlər orqanlarından xaric edilir və qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.