ABŞ-da "Helen" qasırğası azı 162 nəfərin həyatına son qoyub

3-10-2024, 16:58           
ABŞ-da "Helen" qasırğası azı 162 nəfərin həyatına son qoyub
Həlak olanların əksəriyyəti Şimali Karolinada təbii fəlakətin qurbanı olub.
"Katrina" qasırğasından sonra tarixin ən böyük "Helen" qasırğası 162 nəfərin həyatına son qoyub və ölənlərin sayının daha çox olması mümkündür.
Bu barədə Rusiya mediası "CNN"ə istinadən xəbər verib.
Tarixdə ikinci ən dağıdıcı "Helen" qasırğası sentyabrın 27-də ABŞ-ı bürüyüb. Bir milyona yaxın ev işıqsız qalıb. Qasırğa beş mümkün kateqoriyadan dördüncü kateqoriyaya aid edilib.
Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında qasırğa nəticəsində ölənlərin olduğu bildirilir. Həlak olanların əksəriyyəti (73 nəfər) Şimali Karolinada təbii fəlakətin qurbanı olub. İtkin düşənlərin axtarışı davam edir.
Əhali ABŞ hakimiyyətinin öz vətəndaşlarını dəstəkləmək əvəzinə, Ukrayna və İsrailə yardımı davam etdirməsindən hiddətlənib. Qasırğanın nəticələrinin aradan qaldırılması ölkəyə çox baha başa gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru