Rusiya məktəblərində hicaba qadağa qoyuldu

27-10-2024, 11:29           
Rusiya məktəblərində hicaba qadağa qoyuldu
Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məktəblilər üçün standart geyim tələblərinə dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər elementləri qadağan edən bənd əlavə edib.

Lenta.ru xəbər verir ki, bu, Rusiyanın hüquqi informasiya portalında dərc olunan sənədin mətnində öz əksini tapıb.

Bildirilir ki, müvafiq sərəncam oktyabrın 22-də imzalanıb. Sənədə yeni bənd əlavə edilib:

"Təhsil təşkilatlarında şagirdin dini mənsubiyyətini (o cümlədən hicab, niqab və s.) nümayiş etdirən geyim və onun elementlərinin geyinilməsinə icazə verilmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru