Bakı metrosunda PROBLEM YARANDI

28-10-2024, 08:42           
Bakı metrosunda PROBLEM YARANDI
Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.

Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirilib ki, metronun "Azadlıq Prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb:

"Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb".

B.Məmmədov qeyd edib ki, vaqon qapılarında problem olmadığından qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru