Ukraynada indiyədək nə qədər uşaq həlak olub?

2-11-2024, 09:54           
Ukraynada indiyədək nə qədər uşaq həlak olub?
“Ukraynada böyük müharibə başlayandan indiyədək 585 uşaq həlak olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan indiyədək 585 uşaq öldürülüb, 1664 uşaq isə yaralanıb.

Ukrayna Baş Prokurorluğu xatırladır ki, oktyabrın 30-da axşam saatlarında Rusiyanın endirdiyi zərbənin hündürmərtəbəli binaya düşməsi nəticəsində 12 və 15 yaşlı oğlan həlak olub, 11 yaşlı uşaq isə yaralanıb.

Bundan əlavə, prokurorluğun məlumatına görə, oktyabrın 29-u və 30-da Xerson, Donetsk, Xarkov və Dnepropetrovsk vilayətlərinin müxtəlif yaşayış məntəqələrində 6 uşaq və yeniyetmə Rusiyanın bombardmanı nəticəsində yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru