Xersonda dron hücumu nəticəsində üç nəfər həyatını itirib
2-12-2024, 17:34

Dekabrın 1-də Xerson səhərində dron hücumu nəticəsində üç nəfər həyatını itirib. Bu barədə vilayət administrasiyasının başçısı Aleksandr Prokudin məlumat verib.
Onun sözlərinə görə, pilotsuz uçüş aparatı Dneprovsk rayonunda ictimai nəqliyyatın üzərinə partlayıcı maddə atıb.
Yaralanan səkkiz nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan altısına mina-partlayıcı zədələnmələr diaqnozu qoyulub. 56 yaşlı qadında baş, əl və ayaq zədələri, 70 yaşlı yaralıda isə ayaq sümüyünün sınığı qeydə alınıb.
Əvvəlcə Ukrayna Silahlı Qüvvələri bildirib ki, 1 dekabr gecəsi Rusiya hərbçiləri Ukraynaya 78 dronla hücum edib. Onlardan 32-si vurulub, qalan 45-i isə "lokasiyanı itirib".
Kyiv vilayətində vurulmuş dronların qırıntıları nəticəsində üç ev, bir mənzil, üç avtomobil və bir qaraj zədələnib, şəhər hərbi administrasiyası məlumat verib. Kyivdə isə qırıntılar Holosiyivski rayonunda düşüb və altı avtomobili zədələyib, bir evdə partlayış dalğası nəticəsində pəncərələr sındırılıb, şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.
Onun sözlərinə görə, xəsarət alan olmayıb.