Sumqayıtda ard-arda İKİNCİ PARTLAYIŞ... - FOTO, VİDEO

3-12-2024, 09:31           
Sumqayıtda ard-arda İKİNCİ PARTLAYIŞ... - FOTO, VİDEO
Sumqayıt şəhərində daha bir partlayış olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Sahil küçəsindəki fərdi yaşayış evində baş verib.

Partlayış nəticəsində yaralananların olduğu güman edilir.

Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.

Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir. Bir nəfərin dağıntılar altında olduğu güman edilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.