"Meydan TV"nin əməkdaşları jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının saxlanıldığı iddia olunur.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
DİN-in mətbuat xidmətindən məlumatı Bakupost.az-a təsdiqləməyiblər. Yalnız Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanıldığı qeyd olunub.