DAHA BİR RUS GENERAL DƏFN OLUNUB... – Ölüm şəraiti məlum deyil (VİDEO)

31-12-2024, 18:04           
DAHA BİR RUS GENERAL DƏFN OLUNUB... – Ölüm şəraiti məlum deyil (VİDEO)
Dekabrın 31-də Moskvada daha bir yüksək rütbəli rus generalının təntənəli dəfn mərasimi keçirilib. Ölən şəxs Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunları komandanının müavini, general-mayor Konstantin Smeşkodur. Onun ölüm şəraiti məlum deyil, yalnız tarix məlumdur - dekabrın 26-sı.

“AzPolitika” xəbər verir ki, bu barədə bir sıra Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, Smeşko bu vəzifəni 2017-ci ildən tuturdu. 2014-cü ildə Krımın işğalında iştirak edib, xüsusən Rusiya Federasiyası ərazisindən müvəqqəti işğal olunmuş yarımadaya bərə keçidləri yaradıb.

Rus generalın hansı şəraitdə öldüyü məlum deyil. Onun ölüm tarixi dekabrın 26-dır. Lakin məlumdur ki, dekabrın 25-də Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Lqov şəhərindəki 810-cu dəniz piyada briqadasının komanda məntəqəsinə hücum edib. Bu hücum nəticəsində əksəriyyəti yüksək rütbəli zabitlərdən ibarət 18 rus hərbçisi öldürülüb. Buna görə də ehtimal etmək olar ki, Smeşko hücum zamanı orada olub və başqaları ilə birlikdə ölüb, yaxud ağır yaralanıb və hərbi hospitalda dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.