Berlində ruhi xəstə yoldan keçənlərə bıçaqla hücum etdi - Yaralılar var

1-01-2025, 10:44           
Berlində ruhi xəstə yoldan keçənlərə bıçaqla hücum etdi - Yaralılar var
Almaniyanın paytaxtı Berlində ruhi xəstə olduğu təxmin edilən şəxs yoldan keçənlərə bıçaqla hücum edib. Bir neçə nəfər yaralanıb.

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, iki zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir. Kişi qabağına keçən hər kəsə hücum edib. Yoldan keçən bir neçə nəfər onun əl-qolunu buraraq, polis gələnə qədər onu saxlaya biliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi tutublar. Bildirilir ki, bu, terror aktı və ya islam motivləri ola biləcək cinayət deyil.

İlkin məlumata görə, kişi ruhi xəstədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru